Azərbaycanlı müğənni qəza keçirdi: vəziyyəti ağırdır

Azərbaycanlı müğənni qəza keçirdi: vəziyyəti ağırdır
Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Qəflətən qarşısına çıxan "VAZ 2107” markalı avtomobillə toqquşan "Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub.


Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.(big.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az