Azərbaycanlı qrossmeyster beynəlxalq şahmat turnirinin liderlər qrupundadır

Azərbaycanlı qrossmeyster beynəlxalq şahmat turnirinin liderlər qrupundadır

Livanın paytaxtı Beyrut şəhərində şahmat üzrə 8-ci Beynəlxalq open-turnir başlanıb.

Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda 14 ölkədən 85 oyunçu, o cümlədən 9 qrossmeyster iştirak edirlər. Onların sırasında azərbaycanlı qrossmeyster Azər Mirzəyev də var.

İki turdan sonra 2 xal toplamış 21 oyunçu, o cümlədən Azər Mirzəyev (2558) irəlidədir. Üçüncü turun püşkatmasının nəticələrinə görə Azərbaycan təmsilçisinin növbəti rəqibi yerli şahmatçı Antoni Kassis (2178) olacaq. Onun da aktivində 2 xal var.

Turnirin reytinq favoriti Niderland qrossmeysteri Sergey Tivyakovdur (2611).

İsveçrə sistemi üzrə 9 turda keçirilən beynəlxalq open-turnirin qalibləri sentyabrın 27-də müəyyən ediləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az