Azərcell-dən “LİMİTSİZ” təkrarçılıq

Azərcell-dən “LİMİTSİZ” təkrarçılıq

Artıq uzun müddət idi ki, Azərbaycanda fəaliyyət göstərən mobil operatorların təqdim etdikləri kampaniya və tariflər bir-birinə bənzəyirdi. Son zamanlarda isə nəinki təkilf olunan xidmətlərin özlərinin, hətta onların adlarının belə bir-birinə bənzədiyinin, bəzi hallarda isə tamamilə təkrar edildiyinin şahidi oluruq. 

Məsələn, otən ilin noyabr ayında istifadəyə verdiyi 3G xidmətinin çox uğursuz olmasına və abunəçilətin narazılığına baxmayaraq, Azərcell şirkəti bir neçə gün öncə 4G tezliyini aldığını bəyan etdi. Ola bilsin ki, şirkət 4G xidmətini elan etməklə 3G ilə bağlı yaranmış narazılıqları öz abunəçilərinə unutdurmaq istəyir. Bu, başqa məsələdir. Biz isə yazının əvvəlində qeyd etdiyimiz kimi, təkrarçılıq məsələsinə toxunacağıq. Belə ki, 4G xidməti ilə bağlı yaydığı bütün məlumatlarda Azərcell, digər bir mobil operatoru – Bakcell-i təkrarlayaraq öz abunəçilərinə Bakcell-in 3G Sür@ xidməti çərçivəsində təkilf etdiyi “LİMİTSİZ” internet paketi təqdim etdiyini bildirir. Şirkətin yaydığı press-relizdə deyilir: “4G modemləri bu ilin 18 iyun tarixindən etibarən satışa çıxarılacaqdır. Azercell-in təqdim etdiyi bu xidmətə qoşulmaq və 4G modemini əldə edib LİMİTSİZ Mobil İnternet paketinə abunə olmaq üçün Azercell abunəçiləri şirkətin Bakıda yerləşən Azercell Ekspres ofislərinə və diler şəbəkələrinə müraciət etməli olacaqlar”.  Bakcell-in daha öncə istifadəyə verdiyi “Sür@ data kart – 1 AZN” kampaniyasının şirkətin veb səhifəsində yerləşdirilmiş reklamında isə bunlar yazılıb: “Bakcell-dən 1 manata Sür@ Data Kart əldə edin və hədləri aşan LİMİTSİZ Sür@ İnternetinə qoşulun!” 

Göründüyü kimi, hər iki şirkət öz reklam vasitələrində “LİMİTSİZ” sözünü böyük hərflərlə yazır, yəni belə halda bu sözü onların təqdim etdikləri xidmətin “şüarı” da adlandırmaq olar. Lakin bu “şüar” hələ bir neçə ay öncə Bakcell tərəfindən 3G mobil internet xidməti üçün istifadə olunub. Azercell isə hələ istifadəyə verəcəyi 4G mobil internet paketini “LİMİTSİZ” adlandırıb. 

Abunəçilər yaxşı bilirlər ki, Bakcell-in təqdim etdiyi 3G xidməti onlara yüksək sürətli mobil internetdən yararlanmaq imkanı verir. Təəssüf ki, Azercell-in eyniadlı xidmətini istifadə edən abunəçilər belə düşünmür. Keyfiyyət, xidmət, kampaniya bir tərəfə, görünür ki, dünyada bu qədər inkişaf etmiş reklam bazarında belə Azercell-in öz kampaniyasına şüar tapmaq çətinliyi var. Heç olmasa, Azercell öz 3G xidməti ilə olmasa da, 4G xidməti ilə Bakcell-in “Sür@”-inə çata bilsə, yaxşıdır.    



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az