Azercell Telekom həm abunəçi
sayına, həm də təqdim etdiyi rabitə və mobil internet xidmətinin keyfiyyətinə
görə Azərbaycanın lider mobil operatoru olmaqda davam edir. Azercell-in təklif
etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz
yaxınları ilə hər zaman rahat əlaqə qurmaq imkanı deməkdir. 2014-cü ildə 169-dan çox 2G/3G Radio
Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə
üzrə 48%, Bakı şəhəri üzrə 92%) gücləndirən şirkət bu ilin əvvəlindən indiyə
qədər yeni 2G, 3G və 4G baza stansiyalarını abunəçilərin
istifadəsinə verib. Təkcə avqust ayı ərzində
Azercell 13 sayda 2G, 47 sayda 3G baza stansiyası quraşdırıb. Məlumat üçün bildirək ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima
keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% daha
da gücləndirib.
Bir sıra innovativ
konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq
GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin
təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq
laboratoriyaları yaradılmışdır.
Azercell hər zaman olduğu kimi öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO