“Azərpoçt”da soyğunçuluq – FAKTLAR

“Azərpoçt”da soyğunçuluq – FAKTLAR

"Azərpoçt” MMC-də qanunsuzluq və soyğunçuluq halları baş alıb gedir.

VİZUAL.az-a verilən özəl məlumata görə, hazırda bütün poçt məntəqələrində və baş idarədə hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar başlanıb.

MMC-nin baş direktoru barəsində həbs qətimkan tədbiri seçiləndən sonra araşdırmalar daha ciddi xarakter alıb. Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda poçtda pul köçürmələrinə görə rəsmi rüsum belə rüşvətdən daha çoxdur. Məsələn, 100 manat göndərmək üçün 3 manat da rüsum alınır. Poçta işçiləri isə maaş azlığından şikayət edirlər.

Adının çəkilməsini istəməyən şikayətçi qurumda özbaşınalığın baş alıb getdiyini, müştərilərin hüquqlarının pozulduğunu bildirib:

"4-ildir ki, "Azərpoçt” tərəfindən ailəmin hüquqları pozulub. Bir sıra orqanlara müraciət etmişəm. Lakin müraciətim baxılması üçün "Azərpoçt”a göndərilib. Bu qurumda monopoliya, özbaşnalıq hökm sürdüyündən cavab verməyə çəkinirlər. Uzun müddətdir ki, "Azərpoçt”da gedən monopoliya və özbaşnalıqla bağlı müraciət etmişəm. Qurumda köklü islahatlar aparılmalı, Sevil, Rəsul, Vüqar, Nazim, Elşad və oğlu, Qəmbər və qardaşı oğlundan təmizlənməli, rabitənin əvvəlki nüfuzu özünə qaytarılmalıdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az