"Bazarstore” supermarketlər şəbəkəsində keyfiyyətsiz qidalar satışdadır.
VİZUAL.az-ın məlumatına görə, bu günlərdə marketdə satılan bulkaların içərisindən ip çıxıb.
Bu barədə "Facebook”da müştəri öz narazılığını yazıb və fotosunu paylaşıb.
Onun sözlərinə görə, supermarketdə satılan məhsulların keyfiyyətinə və qablaşdırma tarixinə nəzarət olunmur: "Un məmulatlarının içindən çıxana bir baxın. Bu yaxında "Bazarstore”dan aldığım bulkaların içindən ip çıxdı. Özü də pres ipi.
Düşünürəm ki, bu, un boşaldılarkən baş verib. Yazını oxuyan "Bazarstore” əməkdaşlarına da bunu rəhbərliklərinə çatdırmaqlarını məsləhət görürəm. İnanıram ki, çatdıracaqlar. Bəs başqa kim nə tapıb? Bölüşün. Siçan tapanlar xüsusilə bölüşsün”.
Qeyd edək ki, daha əvvəl də "Bazarstore” dükanlar şəbəkəsində iyrənc bir olay baş verib. Azərsun Holdinqin bu dükanlar şəbəkəsində şirniyyat və çörək bölməsində satılan məhsulların içindən həşaratlar çıxıb.
Bakı sakini Gülnaz Səlimova bildirib ki, dünən günorta saatlarında "Bazarstore”nin Badamdarda yerləşən mağazasından qablaşdırılmış pide alıb. "Pideni axşam iftarında yemək üçün almışdım. Cəmi bir neçə saatdan sonra "Bazarstore”dən aldığım pidenin içinə baxanda dəhşətə gəldim. Aşkar şəkildə pidenin içindəki ət qurdları hərəkət edirdi.
Maraqlıdır ki, Azərbaycanda türkiyəli iş adamı Abdulvari Gözəlin pulu ilə qurulan "Bazarstore” dükanlarından şitkayətlər artmağa başlayıb.


