Azyaşlı uşaqları olan məhkumlar azad oluna bilər

Azyaşlı uşaqları olan məhkumlar azad oluna bilər
Düzəlişə əsasən isə səkkiz yaş on dörd yaşla əvəz edilir

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması müddətləri artırlır.
Miq.az-ın  məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Belə ki, təklif edilən dəyişikliyə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində bu güzəşt səkkiz yaşına qədər uşağı olan şəxslərə şamil edilir. Düzəlişə əsasən isə səkkiz yaş on dörd yaşla əvəz edilir.
Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az