Azyaşlını oğurlayıb, əvəzində 30.000 pul istəyən şəxs FOTO
Azyaşlını oğurlayıb, əvəzində 30.000 pul istəyən şəxs 11 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Elnur Məmmədovun CM-nin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, bu il mayın 10-da Elnur Ramazanlı Sabunçu RPİ 12-ci polis bölməsinə müraciət edərək oğlu, 8 yaşlı Hüseynin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Zərərçəkən ərizəsində göstərib ki, mobil telefonuna dəfələrlə zəng edilərək oğlu Hüseynin girov götürülməsi barədə məlumat verilib. Həmin şəxs uşağın azad edilməsi müqabilində 30.000 manat pul istəyib, polisə bu barədə məlumat veriləcəyi təqdirdə azyaşlının orqanlarını çıxarıb satacağı ilə şantaj edib.
Bakı ş. Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsi və Sabunçu RPİ 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Elnur Məmmədov Ramana qəsəbəsində həbs edilib.
Qzünü İŞİD-çi kimi təqdim edən Elnur Məmmədov Elnur Ramazanlıya əvvəl 10.000, daha sonra 20.000 verəcəyini bildirib: "Saat 9-da yenidən ona zəng elədim və pulu Ramana qəsəbəsində "2-ci sahə" deyilən əraziyə gətirməsini dedim. Pulu götürəndə polis əməkdaşları məni tutdular".
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum olunub.
Miq.Az