Babayev Müslümovun çıxartdığı müdiri geri qaytardı

Babayev Müslümovun çıxartdığı müdiri geri qaytardı
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.

Axar.az xəbər verir ki, DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri Maarif Bayramov işdən azad edilib.
Onun yerinə həmin vəzifəyə uzun illər bu təşkilatda sektor müdiri kimi fəaliyyət göstərən və eləcə də əvvəllər DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri olan Babək Cəfərov təyinat alıb.
Xatırladaq ki, 2014-cü ilin 27 iyun tarixində də M.Babayev DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru təyin edilmişdi, onun yerinə isə B.Cəfərov təyinat almışdı.
Sabiq nazir Səlim Müslümovun dövründə DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri vəzifəsindən çıxarılan B.Cəfərovun potensialını yeni nazir Sahil Babayev yenidən dəyərləndirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az