Bakcell müştəriləri belə soyur – ŞOK FAKT

Bakcell müştəriləri belə soyur – ŞOK FAKT

Bakcell şirkəti müştəriləri sğan qabığı kimi soymaqda davam edir.

VİZUAL.az xəbər verir ki, şirkət abunəçilərin hesabından heç bir səbəb göstərilmədən pul silir.

Bu barədə Murad Malik adlı abunəçi məlumat verib. Onun sözlərinə görə, Bakcell şirkəti 1 ay ərzində təxminən 50 AZN balansından pul qoparıb:

"Son 2 ayda hiss etdim ki aylıq mobil danışığım 50 AZN-ə yaxındır. Normal vaxtlarda maksimum 25-30 AZN məbləğində mobil danışıq istifadə edirəm.

Bir gün Bakcell şirkətinin ofisinə yaxınlaşdım. Bildirdilər ki, hansısa moz***** .com online saytda qeydiyyatdan keçmişəm. (Adını ona görə qeyd etmirəm ki, saytda daxil olan kimi abunə olursunuz (tələyə düşürsünüz) və balansınızdan pullar çıxılmağa başlayır).

Bu xidməti "Navigator Mobile Systems” şirkəti göstərir. Şirkətin nömrəsini 555 çağrı mərkəzi mənə göndərdi (012 440 12 00) . Zəng etdikdə bildirildi ki, siz dubay saytı olan moz***** .com bir saytda (əyləncə portalı imiş guya) qeydiyyatdan keçmisiniz. Hər iki gündən bir balansınızdan 1.18 AZN silinir.

İddia etdikdə ki, hər hansı qeydiyyatdan keçməmişəm və xidmətdən istifadə etməmişəm, operator xanım robot kimi dəfələrlə təkrarladı ki, xidmət avtomatikdir və pullarda avtomatik silinir.

"Siz fevral ayının 12-dən etibarən moz***** .com saytında qeydiyatdan keçmisiniz. Hər dəfə balansınızdan pul çıxılanda sizə təsdiq smsi göndərilib”, - deyə xanım mənə bildirdi. Mən deyəndə ki belə bir şey baş verməyib. Sms almamışam, təsdiq etməmişəm, xanım yenə də robot kimi hər şeyi başdan sadalamağa başladı, siz saytda qeydiyyatdan keçmisiniz, pul çıxılanda sms gəlib , təsdiq etmisiniz və s.

Xanım sözünü bitirdikdən sonra mən ona Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlаkçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, Vergilər Nazirliyinə, Rabitə Nazirliyinə şikayət edəcəyimi dedim və şirkətin tam adını istədim və ofisin ünvanını soruşdum ki, məktubun bir nüsxəsini sizə də göndərim.

Xanım bildirdiki, şirkətin ofis ünvanı yoxdur, rəhbərin adını deyə bilmərəm. Sadəcə adımız "Navigator Mobile Systems” gedir.

Məhkəmə adını və dövlət qurumunun adını eşidən kimi, xanım dedi ki biz sizi qara siyahıya saldıq. Bir daha sms bizim şirkətdən sms almayacaqsınız və pul çıxılmayacaq.

Çıxılan pulların qaytarılmasını istədiyimdə xanım bildirdiki bu mümkün deyil və söhbəti yenidən ən başa qaytardı ki, siz abunə olmusunuz, xidmətdən istifadəyə görə 1.18 AZN pul çıxılıb.

Xanıma çıxdıqları pulun əsassız və qanunsuz olduğunu deyəndə (qanuni izahlarla ) xanım bildirdi ki, artıq bu məsələdə heç bir şey deyə bilməz.

Mən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlаkçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdim”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az