Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Cəlilabad rayonundan sonra Salyan rayonuna gətirilib.
Paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl şəhərin giriş qapısında qarşılanıb.
Kür sahilini dolaşan məşəl estafeti saat 12:20-də start götürüb.
Məşəli qəbul edən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi, boksçu Cavid Quliyev 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 3200 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev parkına çatdırıblar. Burada Kinq boksinq üzrə idmançı, məşqçi Rahil İsgəndərov məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Daha sonra Salyan şəhəri Aşıq Pənah adına məktəb-liseyin 2-ci sinif şagirdi Zərxanım Ağabəyova Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.
Yürüş iştirakçıları Salyan şəhər mərkəzində təşkil olunana konsertlə tədbiri canlandırıblar. Yarışın rəmzi Salyandan Neftçalaya yola salınıb.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?