“Bakı-2015” ilk Avropa Oyunları Azərbaycana nə qədər vəsaitə başa gəlir?

“Bakı-2015” ilk Avropa Oyunları Azərbaycana nə qədər vəsaitə başa gəlir?

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoglu Bakıda keçiriləcək Avropa Yay Oyunları ilə bağlı maraqlı rəqəmlər açıqlayıb. JAM.AZ xəbər verir ki, məşhur iqtisadçı bu rəqəmlərlə əslində, hökuməti biabır edib.

1. İlk Avropa oyunları Azərbaycana ən azı 3,5 milyard manata başa gələcək.
2.Birinci Avropa oyunlarında 50 ölkədən 20 idman növü üzrə 6 min idmançının iştirakı gözlənir.
3. Yarışlar Bakı və Mingəçevirdə 21 stadionda və obyektdə keçiriləcək.
4. Azərbaycan Respublikasının 2013, 2014 və 2015-ci il üçün təsdiq olunuş büdcəsi əsasında apardığımız hesablamalara görə, 1-ci Avropa oyunları Azərbaycana 3 milyard 506 milyon 850 min manata başa gələcək.
5. Son məlumatlara görə, büdcədən ayrılmış vəsaitin 90 faizindən çoxu xərclənib.
6. Yerdə qalan 300 milyon manata qədər vəsaitin də yaxın 2 ayda xərclənməsi gözlənilir.
7. 1-ci Avropa oyunlarının təşkili ilə əlaqədar olaraq birbaşa xərclərin 72,6 faizini və ya 2 milyard 546 milyon 700 min manatını (2013-cü ildə 345,9 milyon manat, 2014-cü ildə 864,8 milyon manat və 2015-ci ildə 1 milyard 336 milyon manat) idman infrastrukturunun tikintisi və yeniləşməsi xərcləri, 27,4 faizini və ya 960 milyon 150 min manatını əməliyyat xərcləri təşkil edir.
8. Bu xərcləmələr hesabına yaradılan idman obyektləri sonrakı illərdə dövlət büdcəsi üçün əlavə xərc mənbəyinə çevriləcək
9. Avropa oyunları bitəndən sonra aylarla boş qalacaq obyektlərin istismar xərcləri ildən ilə artmaqla yanaşı hər il büdcədən ən azı 10 milyonlarla vəsaitin bu məqsəd üçün ayrılmasını zəruri edəcək.
10. Avropa oyunlarında satışa 600 min bilet çıxarılacaq.
11. Bu biletlərin qiyməti açılış və bağlanış mərasimi istisna olmaqla maksimum 5 manatdır. Açılış mərasimində ən bahalı biletlər 200 manat, bağlanış mərasimində isə 100 manat olacaq.
12. Bu biletlərin hamısı satılacağı halda oyunlardan 30 milyon manata qədər vəsait qazanıla bilər ki, bu da cəmi xərclərin 0,85 faizini örtə bilər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az