Bakı bu gün gözlənilməz vacib görüşə şahidlik edəcək
Rusiya Müdafiə Nazirliyi Gerasimov-Danford görüşü ilə bağlı məlumat yaydı
Rusiyanın müdafiə naziri bu gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşünun baş tutacağını təsdiqləyib.
İstiPress xəbər verir ki, Rusiya MN-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir.
"Valeri Gerasimov və Cozef Danford dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq", - məlumatda bildirilir.
Xatırladaq ki, görüşün baş tutacağı barədə xəbəri birinci Pentaqon yayıb. Bildirilirdi ki, görüşdə ABŞ və Rusiya arasında hərbi münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq: "Generallar Danford və Gerasimov "potensial böhranların və yanlışlıqların aradan qaldırılması məqsədi ilə hərbçilər arasında aydın və ardıcıl əlaqələrin mühümlüyünü” müzakirə edəcəklər.”
Miq.az