Bakı Bulvarında ilanlar peyda olub - VİDEO

Bakı Bulvarında ilanlar peyda olub - VİDEO
Müğənni Elmira Ələkbərzadə sosial şəbəkədəki hesabında Dənizkənarı Milli Parkda ilanların olması ilə bağlı video paylaşıb.

Miq.az xəbər verir ki, unikal.org-a açıqlama verən müğənni videonu rəfiqəsinin lentə aldığını bildirib:
"Rəfiqəm Bulvarın Bayıl tərəfdə olan hissəsində velosiped sürməyə gedib. Həmin vaxt yerdə uzun və qalın ilanın süründüyünü görüb. Aidiyyəti qurumlar təcili olaraq bu məsələni nəzarətə götürməlidir. Çünki Dənizkənarı Bulvara vətəndaşlar ailəsi və övladları ilə birlikdə gedir. Xəstələr və azyaşlılar həmin ilanlarla qarşılaşsa, bunun acı nəticəsi ola bilər. Şəxsən mənim üçün bundan sonra bulvar söhbəti bağlandı!"


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az