Reklam haqqında qanuna görə, reklamlarda ilk öncə Azərbaycan dili, daha sonra digər dillər istifadə edilməlidir.
“Vətəninfo.az” xəbər verir ki, son illər dilimizə qarşı hörmətsizlik davam edir və burada Bakı Şəhər İcra Hakimiyyətinin günahı böyükdür. Şəhər İcra başçısı Hacıbala Abutalıbov başda olmaqla, şəhər meriyası Azərbaycan dilinin qorunmasında ən aciz orqanlardan biridir. Belə olmasaydı, Xaqani ticarət mərkəzində yerləşən dükan və obyektlər buna riayyət edərdilər. Şəhərin mərkəzində yerləşməsi və turistlərin daha çox buradan istifadə etməsini nəzərə alsaq, Azərbaycan dilinə hörmətsizliyi turistlər də görürlər. Xaqani Ticarət Mərkəzində yerləşən “Outlet” mağazası buna bariz nümunədir. Bu mağaza da Azərbaycan dilinə hörmətsizlik edərək, dükanın pəncərəsinə vurduqları reklamdan da görmək olar ki, ilk öncə ingilsi dilində,sonra rus dilindən istifadə edilib. Ən sonda da Azərbaycan dilindən istifadə edebib vitirinin ayaq hissəsində Azərbaycan dilində "endirim" sözü yazılıb.Meriya deyəsən daha çox yeni bulvara 40 min AZN dəyərində ağacların əkilməsinə başını qatdığından, şəhərin mərkəzində nələr baş verir görə bilmir.
Kamran
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?