Bu gün Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib. “Vətəninfo.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, müşavirə 2012-ci il I rübün yekunlarına həsr olunub.
Paytaxt üzrə bütün idarə və bölmə rəislərinin iştirakı ilə keçirilən müşavirədə bu ilin ötən 3 ayı ərzində Bakı şəhərində qeydə alınan cinayət hadisələri, cinayətkarlıqla mübarizə sahəsində görülmüş işlərin vəziyyəti müzakirə olunub. Müşavirədə çıxış edən BŞBPİ rəisi, polis general-mayoru Rafiq Abbasov ölkədə ictimai-siyasi sabitliyin təmin olunması və qanunçuluğun qorunması istiqamətində Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsində Bakının polis orqanlarının fəal iştirak etdiyini qeyd edib.
Daha sonra hesabat məruzəsi dinlənilib. Müşavirədə həmçinin bu ilin may ayında paytaxtda keçirilməsi nəzərdə tutulan “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri ilə bağlı da müzakirələr aparılıb. Bununla bağlı Rafiq Abbasov bir sıra tapşırıq və tövsiyələr verib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?