Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolu sahəsində istismara buraxılacaq qatarlarda gediş haqqına “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyən dəyişiklik edilə bilər.
Bunu jurnalistlərə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
C. Qurbanov qeyd edib ki, həmin qatarlar əvvəlkilərdən yüksəkkeyfiyyətli olması ilə fərqlənir. Bu qatarlarda kondisioner, “Wi-Fi”, yüksək xidmət və vaxta qənaət olacaq. Bu qatarların Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Hər şeyi nəzərə alaraq qiymətləri vətəndaşların ziyanına olmayacaq şəkildə tənzimləyəcəyik.
QSC sədri Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə veriləndən sonra yeni vaqonların alınacağını da deyib.
İsveçrənin “Stadler Rail Group” şirkəti ilə qatarların alınmasına dair müqavilənin imzalandığını xatırladan C.Qurbanov müqaviləyə əsasən şirkətdən 30 sərnişin vaqonunun alınacağını bildirib. Onun sözlərinə görə bu ilin sonuna kimi həmin vaqonların ölkəyə gətirilməsi gözlənilir.
Azərbaycana yeni gətiriləcək vaqonlarda gediş haqqının Tarif Şurası tərəfindən müəyyənləşdiriləcəyini deyən QSC sədri bildirib ki, plaskart vaqonlarda gediş haqqı sosial qiymətlərə aiddir və bu qiymətlər əhalinin əksəriyyəti üçün hesablanıb. Ona görə də, plaskart vaqonların qiymətlərinin dövlət tərəfindən, VİP vaqonların qiymətlərinin isə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tənzimlənməsi nəzərdə tutulur.
AZƏRTAC
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər