Hazırda Bakıda hərəkətin məhdudlaşdırılacağı əvvəlcədən elan olunmuş yollardan başqa digər küçə və prospektlərdə nəqliyyatın hərəkətində problemlər yaşanmır.
Vətəninfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, bu gün Bakıda I Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar əvvəlcədən elan olunmuş yollar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb: "Həmin ərazilər üzrə sürücülərin qaydalara əməl etməməsi halları müşahidə olunmur. Digər yollarda isə nəqliyyatın hərəkətində heç bir problem yoxdur, yollarda sıxlıq və tıxac yoxdur. Ümumiyyətlə, bu gün paytaxt yollarında nəqliyyat vasitələrinin sayının həddən artıq azaldığı müşahidə olunur. Bir daha I Avropa Oyunları kimi yüksək səviyyəli tədbirin keçirilməsinə anlayışla yanaşan bütün sürücü və avtomobil sahiblərinə təşəkkür edir, hamını ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?