Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü - VİDEO

Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü - VİDEO

Bakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb. 

Miq.Az Baku.ws-ə istinadən əldə etdiyi görüntülərdən aydın olduğu kimi tərəflər arasında əlbəyaxa dava olub. 

Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib. 

Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib. 

Bundan sonra yaşlı kişi ilə gənclər arasında dava başlayıb. Hadisənin görüntüləri anbaan kameraya düşüb. Ətrafdakı insanlar davaya müdaxilə edib və dalaşan şəxsləri uzaqlaşdırıb. 

Davanın görüntüsünü təqdim edirik:
[video=http:// ]
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az