Əvvəllər içməli su gəmilərlə sahildən gətirilirdi, indi ada "Əks osmos" sistemi vasitəsi ilə təmiz su ilə təmin edilir
Çilov adası Pirallahı rayonu ərazisində yerləşir. Adada yaşayış üçün normal həyat şəraiti yaradılıb.
Adada "28 May" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) bir neft və qazçıxarma sexi fəaliyyət göstərir. Orada yerləşən "Çilov" yatağını məhz bu sex istismar edir.
Mərkəzi Neftçilər Xəstəxanasının "Neft Daşları" tibbi-sanitar hissəsinin stasionar şöbəsi də adada yerləşir. Xəstələrin qalıb müalicə alması üçün burada hər şərait yaradılıb.
Çilovda Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov adına 131 saylı orta məktəb və 50 yerlik uşaq bağçası fəaliyyət göstərir.
Əvvəllər içməli su gəmilərlə sahildən gətirilirdisə, hazırda tətbiq olunan "Əks osmos" sistemi vasitəsi ilə ada təmiz su ilə təmin edilir.
"Report" adanın sosial həyatını əks etdirən videoreportajı təqdim edir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?