Bakıda arvadından ayrılmış 40 yaşlı kişi özünü bıçaqlayıb

Bakıda arvadından ayrılmış 40 yaşlı kişi özünü bıçaqlayıb
Bakıda 40 yaşlı kişi arvadının ondan boşanmasına etiraz əlaməti olaraq özünü bıçaqlayıb.

Hadisə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1976-ci il təvəllüdlü Budaqov Rafiq Müzəffər oğlu yaşadığı evdə özünə iki bıçaq zərbəsi vurub. O hadisə zamanı sərxoş vəziyyətdə olub. R.Budaqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. R.Budaqovun ilkin dindirilməsi zamanı o, həyat yoldaşının ondan rəsmi şəkildə ayrıldığını deyib. Buna dözməyərək R.Budaqov özünü öldürməyə cəhd edib. ("Report”)

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az