Bakıda beynəlxalq investisiya konfransı keçiriləcək

Bakıda beynəlxalq investisiya konfransı keçiriləcək
Oktyabrın 26-da Bakıda "InvestPro Azerbaijan-2015" adlı beynəlxalq investisiya konfransı keçiriləcək.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, tədbir beynəlxalq investisiya, maliyyə, kapitalın idarə olunması və artırılması, beynəlxalq strukturların qurulmasına həsr olunub.

"InvestPro Azerbaijan-2015" konfransında Azərbaycan, MDB, Avropa İttifaqı və Asiya ölkələri maliyyə bazarının aparıcı mütəxəssislərinin 15 məruzəsi dinləniləcək. Bununla paralel keçiriləcək sərgidə isə 20-dən artıq eksponent - beynəlxalq banklar, hüquq, investisiya, auditor, maliyyə və s. şirkətlər iştirak edəcək.

Qeyd edək ki, tədbirin əsas təşkilatçışı rolunda "Bosco Conference" təşkilatı çıxış edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az