Bakıda bir gündə 5 gənc bıçaqlanıb. “Vətəninfo” “Tia.az” istinadən xəbər verir ki, hadisələrdən biri ötən gecə paytaxtın Bayıl qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, orta məktəb şagirdi, 16 yaşlı Fuad Həsənov ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun kimin tərəfindən bıçaqlandığı məlum deyil. Digər hadisə isə Bakıda keçirilən ad günü məclisində qeydə alınıb. Məclisdə iştirak edən gənclər arasında düşən davada 17 yaşlı Mikayıl Yunisov və 15 yaşlı İsaq Allahverdiyev bıçaqlanıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, ötən gecə Bakıda daha iki nəfər bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Onlar 25 yaşlı Tural Mehdiyev və 23 yaşlı Xəyyam Cabbarlıdır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?