Bu gün Azərbaycanda Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Gül bayramı qeyd edilir. Paytaxt Bakı bu bayrama xüsusi təmtəraqla hazırlaşıb. Şəhərin müxtəlif parklarında bu münasibətlə tədbirlər keçirilir, təbii güllərdən hazırlanmış kompozisiyalar nümayiş etdirilir.
Vətəninfo.az-ın məlumatına görə, Gül bayramı Bakıdakı Heydər Əliyev parkında da qeyd edilir. Gündüz saatları olmasına baxmayaraq, artıq mindən çox insan parkı ziyarət ediblər. Burada təqdim olunan təbii güllərdən hazırlanan müxtəlif kompoziosiyalar insanların böyük marağına səbəb olub. Təbdir ziyarətçilərdə müsbət əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, bu il müxtəlif kompoziasiyaların hazırlanması üçün 2 milyondan çox güldən istifadə edilib. Güllər müxtəlif ölkələrdən, qitələrdən gətirilib. Bunların içərisində Cənubi və Şimali Amerika, Afrika qitələri, müxtəlif Şərq ölkələri də var. Onu da bildirək ki, gətirilən güllərdən kompozisiya hazırlamaq üçün məhz güllərin aid olduğu ölkərlərin mütəxəssisləri dəvət olunublar və kompozisiyaları da həmin mütəxəssislər hazırlayıblar.



Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?