Bakıda iki azyaşlı uşaq dəm qazından boğularaq öldü

Bakıda iki azyaşlı uşaq dəm qazından boğularaq öldü
Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub. "Qafqazinfo” xəbər verir ki, hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib.

Məlumata görə, evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib.
Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.
Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az