Bakıda kişi 3-cü arvadı tərəfindən bıçaqlandı - FOTO

Bakıda kişi 3-cü arvadı tərəfindən bıçaqlandı - FOTO

Paytaxtın Xəzər rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

Miq.Az-ın ARB TV-yə istinadən məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

43 yaşlı Qurban Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı əməliyyat edilib. Həkimlər bir bıçaq xəsarəti olan Qurban Məmmədovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Qurban Məmmədovu həyat yoldaşı bıçaqlayıb. Ərlə-arvad arasında mübahisəyə səbəb isə uşaq olub.

Belə ki, Qurban Məmmədov azyaşlı uşağını döyüb. Buna əsəbiləşən ana əlini bıçağa ataraq ərinə bir zərbə endirib. Hadisəni törətməkdə şübhəli bilinən qadın Qurban Məmmədovun 3-cü həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az