Bakıda lombarda basqın edib 10 min manat apardılar

Bakıda lombarda basqın edib 10 min manat apardılar
Bakıda quldurluq hadisəsi baş verib.
 
Miq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub. Hadisədə iştirak etmiş daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
 
Araşdırmalar davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az