AZYAŞLI QIZA SATAŞAN QOCA MANYAK HƏBS EDİLİB
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Cəfər Rauf Yusif oğlunun cinayət əməlləri ifşa olunub.
"Veteninfo.az"ın Trend-ə istinadən verdiyi xəbər görə, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilir ki, araşdırmalarla müəyyən edilib ki, Rauf Cəfər 2011-ci ilin aprel-may aylarında yaxın tanışı Adil Kərimovun (ad və soyad şərtidir) Qaradağ rayonunda yerləşən evinə gedib-gələrkən onun nəvəsi, 2004-cü il təvəllüdlü Sevinc Kərimovanın (ad və soyad şərtidir) evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.
Rauf Cəfər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?