Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma olub - RƏSMİ

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma olub - RƏSMİ
Yaralı şagird xəstəxanaya yerləşdirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbdə qeydə alınan bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən  verilən məlumata görə,  Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin həyətində bu gün dərs başlamamışdan əvvəl (saat 8 radələrində) IX sinif şagirdi Nemət Musayev onunla eyni sinifdə oxuyan Elturan Əmənova bıçaqla xəsarət yetirib.

Məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az