AMEA Zoologiya İnstitutunun "Helmintologiya” laboratoriyasına valideyn tərəfindən müraciət olunub.
Lent.az-ın məlumatına görə, aparılan tədqiqatlar nəticəsində məktəblinin orqanizmində soxulcan (yağış qurdu) aşkar edilib.
10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda qurd (helmint) çıxıb, təyinat üçün laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyevə təqdim edilib. Araşdırmalar zamanı bu qurdun parazitlik edən helmint (qurd) yox, torpaqda yaşayan soxulcan olduğu təsdiqlənib. Xəstə dindirilərkən hazırda onun mədə - bağırsaq sistemində çoxlu sayda "qurdların” müxtəlif istiqamətlərə hərəkət etdikləri müəyyən olunub.
Q.Fətəliyev bildirir ki, bir neçə il bundan əvvəl də NZS qəsəbəsində bizə müraciət edən 7-ci sinif şagirdinin ağzından 8 soxulcan xaric olunub.
Soxulcanlar Həlqəvi qurdlar tipinin Oliqaxetlər sinfinin Haplotaxida dəstəsinin Lumbricidae fəsiləsinə daxildir. Onlar yumurtalarını (baramalarını) nəm torpağa, bəzən isə bitkilərin kök hissələrinə qoyur. Yumurtalar 3-4 aya inkişaf edir və yetkin formaya çevrilir.
Tərəvəz bitkiləri yaxşı yuyulmadıqda bitkinin kök boynuna yapışmış qurd yumurtaları tərəvəzlə birlikdə udulur. Həzm sistemində onlardan sürfələr çıxır və anaerob şəraitdə bağırsaq möhtəviyyatı ilə qidalanaraq inkişaf edir. Yoluxmamaq üçün tərəvəz bitkilərindən isifadə edilərkən onların təmiz yuyulması tövsiyə olunur.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?