Bakıda mənzillər ucuzlaşdı

Bakıda mənzillər ucuzlaşdı
Bu ilin iyul ayında həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə olunub.


Miq.az 
xəbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, təkrar mənzil bazarında qiymətlərdə azalma ay ərzində 4,29 faiz təşkil edib. İl ərzində isə azalma 2,55 faiz olub.
İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 4,94 faiz azalma olsa da, il ərzində 16,46 faiz artım müşahidə olunub.
Ekspert vurğulayıb ki, ucuzlaşma yay mövsümü ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, sentyabrdan başlayaraq bazarda canlanma və qiymət artımı gözlənilir.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az