Bakıda polisin saxladığı şəxsdən ağlasığmaz addım - Qaşığı udaraq...

Bakıda polisin saxladığı şəxsdən ağlasığmaz addım - Qaşığı udaraq...

Bakıda polis tərəfindən saxlanılan şəxsin qaşıq udduqdan sonra xəstəxanadan qaçması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Miq.Az"ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini Sadıqov Elgün Şakir oğlu bir neçə gün əvvəl Xətai rayonunda inzibati xəta törədib. Həmin vaxt Xətai rayon Polis İdarəsinin əməkdaşları onu saxlayaraq barəsində protokol tərtib edib və məhkəməyə göndərib. Xətai rayon Məhkəməsinin qərarı ilə Elgün Sadıqov barəsində 20 günlük inzibati həbs cəzası təyin edilib və o, Binəqədidəki saxlanma təcridxanasına göndərilib.

Təcridxanada olarkən 35 yaşlı şəxs məsuliyyətdən yayınmaq üçün qaşıq udub. Müəssisənin əməkdaşları dərhal onu Kliniki Tibbi Mərkəzə çatdırıb və burada həkim nəzarətində olan E.Sadıqov özbaşına xəstəxananı tərk edib.
Bildirilir ki, törətdiyi əmələ görə E.Sadıqov yenidən məhkəmə qarşısına çıxarılacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az