Bakıda xəstəxanada qayınana hamilə gəlinini döydü

Bakıda xəstəxanada qayınana hamilə gəlinini döydü
Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb. 

Miq.az "Report"a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.

Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az