Bakıda qətlə yetirilən qadının kimliyi müəyyən edilib

Bakıda qətlə yetirilən qadının kimliyi müəyyən edilib

Elşad Hacıyev: "Banu Məmmədovanın qətlində qayınatası İdris Məhərrəmov şübhəli bilinir"

Yanvarın 27-də Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında meyiti tapılan qadının şəxsiyyəti müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə 1989-cu il təvəllüdlü Babək rayon sakini Banu Məmmədovanın qətlində qayınatası İdris Məhərrəmovun şübhəli bilindiyini deyib.

O deyib ki, hadisə qısqanclıq zəminində baş verib: "İdris Məhərrəmov Banu Məmmədovanı M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində öldürüb. İdris Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib”.

Elşad Hacıyev faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandığını və müvafiq ekspertizalar təyin edildiyini əlavə edib.

Yanvarın 27-də Nəsimi rayon Prokurorluğu Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə məlumat yayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az