Bakıda qısqanc kişi arvadının başını kəsdi - Təfərrüat

Bakıda qısqanc kişi arvadının başını kəsdi - Təfərrüat
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Novruzov qardaşları küçəsində evlərdən birində yaşayan 1984-cü il təvəllüdlü Ağalar Əliyev qızqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Günel Əliyeva ilə mübahisə edib.
Mübahisə zamanı Ağalar Əliyev Günelə bel nahiyəsindən, daha sonra isə boyun nahiyəsindən bıçaq xəsarəti yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Ağalar Əliyev saxlanılıb.
Məlum olub ki, Ağalar Əliyev arvadının başqa bir nəfərlə sosial şəbəkədə danışmasını öyrənib. Bu səbəbdən ər-arvadın arasında mübahisə yaranıb, mübahisə sonda qanlı olayla nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az