Başından ağır xəsarət alan gənc oğlan xəstəxanaya yerləşdirilib
Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, binanın üzlüyü sökülərkən dəmir parçası yoldan keçən bir nəfərin başına düşüb.
Hadisə Atatürk prospekti 56 ünvanında qeydə alınıb. Söküntü zamanı başına dəmir parçası düşən 1994-cü il təvəllüdlü Kamil Nehmətov olub.
Hadisə nəticəsində Kamil Nehmətov ağır yaralanıb. Onu ağır vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, may ayının 19-da Bakının Binəqədi rayonunda 16 mərtəbəli binanaın fasadında güclü yanğın baş verib. Üzlük materialın alovlanması nəticəsində 15 nəfər ölüb. Onlardan 4-ü azyaşlı olub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?