Bakıda xəstəxanada yoxa çıxan uşaq tapıldı - GECƏ SAAT 4-DƏ

Bakıda xəstəxanada yoxa çıxan uşaq tapıldı - GECƏ SAAT 4-DƏ
Şənbə günü Bakıda Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı birləşmiş şəhər poliklinikasında itkin düşən 10 yaşlı oğlan tapılıb.

Miq.az lent.az-a istinadən xəbər verir ki, 32-ci Polis Bölməsinin əməkdaşları əqli qüsurlu Elçin Canqayev gecə saat 04 radələrində Qaraçuxur qəsəbəsində ara məhəllələrdən birində tapılıb. O, ailəsinə təhvil verilib.

Bildirilir ki, azyaşlı fikirlərini ifadə edə bilmir və gecə yarısından keçmişədək küçələrdə nəzarətsiz qalıb.
 
Qeyd edək ki, 10 yaşlı uşaq xalası ilə birgə xəstəxanada olarkən qəfil yoxa çıxmışdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az