Bakıdakı universitetdə dəhşət - Qız üstündə tələbəni qanına buladılar

Bakıdakı universitetdə dəhşət - Qız üstündə tələbəni qanına buladılar

Bakıda tələbə universitetin qarşısında döyülüb 

Hadisə Azərbaycan Universitetində baş verib.

Əldə etdiyimiz məlumata görə, bir oğlan tələbə universitetin yaxınlığında əvvəl dəmir parçalarla döyülüb, sonra da bıçaqlanıb.

Oğlanın universitetdə qız tələbələrdən birinə söz atdığı üçün döyüldüyü deyilir. Həmin qız bu barədə sevgilisinə məlumat verib. Qızın sevgilisinin göndərdiyi şəxslər isə oğlanı döyüblər.

Həmin gün universitetdə iki qız arasında da dava olub. Tələbə qızlardan biri digərini döyüb. Onlar arasındakı davanın səbəbi isə hələ ki, bilinmir. Tələbə qız universitetin qarşısında hər kəsin gözü qarşısında döyülüb.(publika.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az