Bakının ağıllı idarəedilən nəqliyyat “fırıldağı”

Bakının ağıllı idarəedilən nəqliyyat “fırıldağı”

Bu anlaşılmazlıq o gün başladı ki, Bakıya gətirlən təzə taksilərin köhnə taksiləri əvəz edəcəyi barədə məlumat yayıldı. Yeni taksilərin London deyil, Çin istehsalı olması, çox pul yazması barədə şayiələr elə köhnə taksilərin sürücüləri tərəfindən yayılmağa başladı. Narazılıq günbəgün deyin, anbaan böyüyürdü.. Və sonda Eurovision qalibi kimi, Avropa əhəmiyyətli bir müsabiqənin ev sahibi olan Bakıda köhnə taksilərin tamamilə sıradan çıxarılması barədə qərar rəsmiləşdi. Elə o gün taksi sürücüləri küçələr çıxdı, mitinq elədi. Amma bir dəyişiklik olmadı, yenə də may ayının 1-dən etibarən köhnə taksilərin fəaliyyətinə son veriləcəyi xəbəriləri yayılır. 

Amma təzə taksilərin də işi əla getmirdi. Gündəlik planlarını verə bilməyən taksi sürüclərinin döyülməsi faktları dəfələrlə mətbuatda işıqlandırılırdı. Biz də təzə taksilərin işini araşdımq istədik. 

Verilməyən benzin, ödənilməyən maaş

Bir neçə taksinin xidmətindən istifadə edərək, sürücüləri dilə tutdum. Narazılıq onların içində də az deyilmiş. Təzə taksi sürücülərinə vəd verilən gündəlik yanacaq payı verilmirmiş. Hər gün ödənilməli olan 40 manat planı hər zaman ödəmək mümkün olmadığından, sərnişin qıtlığından onlara ayrılan maaş da plan əvəzinə mərkəzdə saxlanılırmış. Zatən sürücülərin əlinə çatan maaş da vergilər tutulandan sonra 240 manat qalır, bu da elə 1 həftənin planı edir. 

Sumqayıt qadağası

Amma planı doldura bilmək üçün şərait yoxdur, sürücülər bir çox xüsuslardan da məhrumdular. Belə ki, təzə taksilərin Sumqayıta və rayonlara getməsi qadağandır. Hətta elə bir ağır pul cəriməsi var ki, Sumqayıtdan olan sürücülər taksiləri şəhərin girişində Elmanın benzin dolurma stansiyasında saxlayıb, evlərinə avtobusla gedirlər. 

Vəsiqəsi olamayan və ya narkoman sürücülər

Öyrəndik ki, bir çox sürücülərin heç vəsiqəsi yox imiş. Onlar vəsiqələrini girov qoyaraq çalışırlar. Ya plan əvəzinə, ya da...

Bəs bu qədər imkansız şəraitdə kim çalışar deyə soruşanda yuxarıdakı “ya da” variantını öyrəndik. Bu qədər az maaşa heç bir yerdə iş tapmayan narkomanlar çalışırmış. Hamısı olmasa da təzə taksilərin sürücüləri arasında xeyli narkoman var imiş. Bəs bu yolla sərnişinlərin həyatını təhlükə altında qoyan Nəqliyyat Nazirliyi bu işə necə göz yumur?

Artıq yazan hesablayıcı

Əgər qanunla işləsə təzə taksilər doğrudan sərflidir. Hər 100 metrə 7 qəpik, tıxaclarda isə dayandığı hər dəqiqəyə 5 qəpik hesablayır. Sərnişin maşına əyləşən kimi də hesab 1 manatdan başlayır. Amma nəitcədə köhnə taksilərə nisbətən sərfəlidir. Amma öyrəndik ki, sürücülərin hesablayıcılara müdaxiləsi mümkündür. Belə ki, sürücülər istədikləri zaman, maşından enib mağazaya və ya bir iş arxasınca gedən sərnişinin hesabına nə qədər isətəsələr “əlavələr” edə bilirlər. Həm də bunu onlara elə departamentin əməkdaşları öyrdəib. Çalışıb planı doldurub, pul ödəyə bilsinlər deyə. Anlaşılan odur ki, burda yenə də sadə vətəndaşın cibinə girilir. 

Nə isə.. Məncə araşdırmamızın nəticəsi təzə taksilər haqqında təsəvvür formalaşması üçün yetərlidir. Sonda taksilərin sifariş edilməsi xidmətindən də istifadə edim dedim. Telefonun o biri ucundakı qız çox kobud şəkildə hara gedəcəyimi soruşdum. “Bunun nə fərqi var” deyə soruşanda isə, “qısa məsafələrə sifariş götürümürük” dedi. Bu da Ziya Məmmədovun “ağıllı idarəedilən nəqliyyat sistemi”.. Və o sistemin “fırıldaqları”..

Leyla Nur



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az