Bakının meri Şeytana nə arzuladı?: Sağlam həyat, Xoşbəxtlik...

Bakının meri Şeytana nə arzuladı?: Sağlam həyat, Xoşbəxtlik...
Abutalıbov xəstəliyindən danışdı

"Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm. Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.
Miq.az-ın modern.az-a istinadla verdiyi məlumata görə, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səhhəti ilə bağlı yazılanlara cavab olaraq deyib. Mer özü redaksiya ilə əlaqə saxlayaraq, səhhətində heç bir problem olmadığını bildirib. 
Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov bunları deyib: "Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq. Sizə də yüksək səviyyədə xoşbəxt həyat, sağlamlıq, ürəyinizdə olanların çin olmasını arzulayıram”.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az