Banklarda dollar satışı ilə bağlı yeni limit müəyyən edildi
Ötən gündən etibarən Azərbaycan bankları valyuta dəyişmə məntəqələrində xarici valyutanın satışına limiti artırıb.
Vətəninfo.az-ın verdiyi xəbərə görə, Trend-in banklarda apardığı sorğu göstərir ki, bəzi kredit müəssisələri
dolların alış limitini 2 mindən 5 min dollara kimi artırıb, başqaları
isə limitsiz həcmdə valyuta dəyişməyə başlayıb.
Məlumata əsasən, AMB
tərəfindən xarici valyutanın satışına heç bir limit qoyulmayıb: "Bu hər
bir bankın daxili qərarıdır”.
Qonşu ölkələrdə devalvasiya proseslərinin səbəb olduğu ajiotajı və nağd
xarici valyuta defisitini aradan qaldırmaq üçün AMB bankların dollar
tələbatını lazımi həcmdə təmin edir.
Qeyd edək ki, AMB sərəncamında olan valyuta ehtiyatlarının azalmasına rəğmən, manatın məzənnəsini sabit saxlamağa çalışır.