Banklarda krediti olanlara şad xəbər – Qanun hazırlanır
Əhalinin banklardan aldığı kreditlərlə bağlı vətəndaşların xeyrinə müəyyən addımların atılması nəzərdə tutulur.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Hadı Rəcəblinin kredit məsələsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, hələlik yekun qərar olmasa da, bununla bağlı müzakirələr gedir:
"Ümumiyyətlə, vətəndaşların xeyrinə müəyyən addımların atılması nəzərdə tutulur. Çox güman ki, yumşaldıcı variantlar olacaq”.
Qeyd edək ki, Milli Məclisin deputatı Hadı Rəcəbli Qaynarinfo.az-a açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın 10 gün əhalinin banklardan aldığı kreditlər məsələsində güzəştlərlə bağlı müzakirə başlayacağını deyib.
Miq.Az