"Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb" - İcra Hakimiyyəti
Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar.
Miq.az xəbər verir ki, bunu report-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.
O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".
Miq.az