BDU-da YENİ TƏYİNAT - Bulvar İdarəsinin rəis müavini universitetə gətirildi

BDU-da YENİ TƏYİNAT - Bulvar İdarəsinin rəis müavini universitetə gətirildi

Bakı Dövlət Universitetində (BDU) yeni təyinat olub. BDU-dan verilən məlumata görə, Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bununla bağlı universitetin rektoru vəzifəsini icra edən Firudin Qurbanov əmr imzalayıb.

F.Qurbanovun digər əmri ilə Kadrlar şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Təranə Əhədova vəzifəsindən kənarlaşdırılıb. T.Əhədova həmin şöbədə mütəxəssis vəzifəsində işini davam etdirir.

Xatırladaq ki, Nazim Məcidov uzun müddət Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Məcidov xəbəri təsdiqləyib: "Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.

Qeyd edək ki, ötən ilin dekabr ayında təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az