Belarusun nüfuzlu dövlət xadimi rüşvətə görə işdən çıxarılıb

Belarusun nüfuzlu dövlət xadimi rüşvətə görə işdən çıxarılıb
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə Təhlükəsizlik Şurası dövlət katibinin müavini Andrey Vtyurini tutduğu vəzifədən azad edib.

"Report” "İnterfaks”a istinadən xəbər verir ki, o, əməlləri ilə hərbi qulluqçu rütbəsini nüfuzdan saldığı üçün işdən çıxarılıb.
Bir müddət əvvəl Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onu rüşvət aldığı üçün tutub. Qeyri-rəsmi məlumatlara əsasən, Andrey Vtyurinin aldığı rüşvətin məbləği 150 min dollardır.
O, Belarusun ən nüfuzlu dövlət xadimlərindən sayılır. 2014-cü ildən Təhlükəsizlik Şurasında işləyir. Bu vəzifəyə keçənədək 7 il müddətinə Belarus Prezidentinin Təhlükəsizlik Xidmətinə başçılıq edib. Prezident Aleksandr Lukaşenkonu 1995-ci ildə bu vəzifəyə təyin etmişdi. Ölkə mətbuatı Andrey Vtyurini Belarus Prezidentinin yaxın adamı adlandırır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az