Bərdədə baş verən ZƏLZƏLƏDƏN- Qəribə UĞULTU SƏSİ+FOTOLAR
Bərdədə baş verən ZƏLZƏLƏDƏN- İlkin təəssüratlar
"Anidən qəribə uğultu əmələ gəldi. 30 saniyəlik uğultudan hələ heç nə anlamaq olmurdu ki, ev titrəməyə başladı. Bu artıq zəlzələnin baş verməsi demək idi. Həmin dəqiqə evin tərk etmək lazımıydı.Yuxudan oyanmaq istəməyən balaca Ayna nə baş verdiyini dərk eləmir. Bəli, çox adam, əksər əhali evlərini tərk edərək həyətə çıxıblar. Geniş miqyaslı dağıntılar olmasa da bir çox evlərdə çatlar görünür"-deyə zəlzələnin baş verdiyi ani təsvir edən oxucumuz Miq.Az-a yazıb.
Goranboydan aldığımız məlumatda da zəlzələnin təsiri barədə həyacan yaşandığı bildirilir. Xoşbəxtlikdən dağıntının olmadığı deyilir.
Tərtərdə də yeraltı təkanların da 5-10 saniyə davam etdiyi bildirilir.
Görünür, bu barədə sabah daha ətraflı məlumatlar əldə etmək mümkün olacaq. Bəzi bölgələrdə hələ də bu şoku yaşamaqda davam edirlər.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin mətbuata verdiyi açıqlamaya görə umumilikdə zəlzələnin gücü hardasa 6 bala qədər olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib.
Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: "Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.
Bərdə rayon Qarayusifli kənd sakini Namaz Kərimovun yaşadığı evdən görüntülər-ZƏLZƏLƏDƏN SONRA
Miq.Az