Bərdədə güclü partlayış: 2 ölü, 5 yaralı

Bərdədə güclü partlayış: 2 ölü, 5 yaralı

Bərdədə güclü partlayış baş verib.

Vizual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Kənddə yaşayan Əli Məmmədovun evində qaz balonu partlayıb. Hadisənin baş verməsi nəticəsində Ə.Məmmədovun gəlini Fidan Məmmədova və nəvəsi Dəniz hadisə yerində ölüb. Özü, həyat yoldaşı Fəxriyyə, oğlanları Eldar, Vüsal və onun qızı Səma yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az