
Bankda rast gəldiyim tələbəyə isə sual edəndə ki, "o söz" nədir, fikrimi dərhal başa düşdü. İngiliscə bilmədiyim üçün ondan soruşdum ki, bəs "armani"dən əvvəl yazılan "Emperio" nə deməkdir, çətinlik çəkmədən dedi ki, "imperiya".
- Deməli, sənin köynəyində "Erməni imperiyası" yazılıb, eləmi? - soruşdum.
Təəssüflə bildirdi ki, "bəli, elədir..."
- Bəs sən əynindəki o köynəklə heç vaxt olmayan və olmayacaq "Erməni imperiyası"nı niyə gəzdirirsən, təbliğ edirsən? - deyə soruşanda cavab verdi ki, "düzü, diqqətlə fikir verməmişdim. Mağazada gördüm, aldım".
Məsləhət gördüm ki, Azərbaycanı, xalqını sevirsə, bir də o cür markalı pal-paltar almasın və əynindəkini də evə çatan kimi atıb-yandırsın. Söz verdi ki, elə də edəcək.

Bugünlərdə isə yolum bir univermağa (indi "market" - "parket" deyirlər) düşmüşdü. Almaq istədiyim corabların üstündə yenə o murdar "armani" sözünü görüb, əsəbiləşdim. Satıcıdan soruşdum ki, o sözün nə demək olduğunu başa düşürmü? Yazıq qız gözlərini döyüb, dedi ki, bilmir, ancaq "erməni" sözünə oxşayır. Ona da qısa izahat verib, xahiş etdim ki, müdiri çağırsın bura. Bildirdi ki, müdir indi yoxdur...
Bax, belə... Sonrakı günlərdə də daha bir-neşə adamın əynində, hətta qadın ayaqqabısında da "erməni imperiyası"nı görəndə rahatlığım pozuldu. Odur ki, sabah jurnalist araşdırmamın nəticəsi olaraq "Armani"nin mənsub olduğu o gey-milyarderin (iki il əvvəl gorbagor olub), həmçinin Fransada yaşayan bir erməni fahişəsinin Qarabağ ermənilərinə və Ermənistana hansı yardımlar göstərdikləri barədə ətraflı, sensasion bir araşdırma yazı təqdim edəcəyəm.
Hələlik isə o "murdarların" əlindən çıxan, "erməni imperiyası"nı təbliğ edən paltarlardan istifadə edənlərə üzümü tutub, demək istəyirəm: "Yandırın o paltarları, heyfiniz gəlməsin! Azərbaycan naminə, türk adı naminə yandırın o paltarları!"./7news.az/
Rəhman Orxan,
Əməkdar jurnalist




