Binəqədidə Qarabağ əlilinin işığını kəsiblər - Şikayət

Binəqədidə Qarabağ əlilinin işığını kəsiblər - Şikayət

Laçından məcburi köçkün TİA.AZ-a müraciət edib.

Binəqədi rayonu, DYP yolunun üst tərəfində həyət evində yaşayan Şakir İsmayılov prezident təqaüdçüsü olduğunu qeyd edib.

Qarabağ müharibə veteranı, 2-ci qrup əlil, ehtiyatda olan çavuşun sözlərinə görə, onun işığı kəsilib:

"1993-cü ilədək 811 saylı hərbi hissədə Bölmə komandiri kimi xidmət edib, may 1993-cü ildə Laçın rayonu ərazisində ağır yaralanmışam və təxris olunmuşam. 2-ci qrup Qarabağ müharibə əliliyəm. Noyabrın 27- Binəqədi rayon "Azərişıq" ASC bir qrup işçiləri gəlib, işığımı kəsib, getdilər. Heç bir mənim müraciətimə məhəl qoymadılar, sonradan mən bu barədə Binəqədi rayon Azərişıq ASC şöbəsinə getdim. Orda rəhbər qəbuluna girmək istədim. Dedilər namaz qılmağa gedib, bir saat gözlədim, sonra gəldi, dedim pensiya almamışam 50 manat pulum var, onu ödəyim, Qarabağda canını qoyub əlil olan bir şəxsin işığın yandırın, qalan borcu da sonra ödəyərəm”.

Müharibə veteranı deyir ki, müraciəti qəbul olunmayıb: "Lakin bu ədalətsiz məmur, kreslosuna sadiq qalaraq, mənim müraciətimi qəbul etmədi. Bildirdi ki nə olsun, mən də əliləm, müharibədə iştirak etmişəm, hazırda Qarabağ qazisi hələ də işıqsızam. 1993-cü ildə 53 gün mühasirədə olduğum işıqsız qaldığım günləri bu gün "Azərişıq" ASC mənə xatırladır, çox sağ olsunlar. Sizdən xahiş edirəm ki, Binəqədi rayon Azərişıq ASC şöbəsinin rəhbərliyi barədə ciddi tədbir görün, onu bu vəzifəyə layiq olmadığı üçün vəzifədən uzaqlaşdırın və mənim səsimi bütün Azərbaycana çatdırın”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az