“Bir-birlərinin ətini didməkdənsə əsl sənət nümayiş etdirsinlər”

“Bir-birlərinin ətini didməkdənsə əsl sənət nümayiş etdirsinlər”

Nurlan Əzizbəyli ilə söhbətimiz ani bir qərarla oldu. Həmkarlarının artıq müxtəlif məmləkətlərdə istirahət etdiyini diqqətə alıb Nurlanın nədən hələ də istirahətə getmədiyi ilə maraqlandıq. Vətəninfo.az müğənni Nurlan Əzizbəyli ilə aparılan eksklüziv müsahibəni oxucularına təqdim edir.

- Nurlan bəy, niyə digər həmkarlarınız kimi tətilə çıxmamısız?



- Tətilə çıxmışam, sadəcə olaraq harasa gedəcəyimi düşünürəm.

- Harada istirahət eyməyi düşünürsünüz?



- Ailəmlə birlikdə Azərbaycanın hansısa dilbər güşəsində.

- Həmkarlarınız Avropa ölkələrini, ən azından da Türkiyəni seçirlər. Sizin məhz Azərbaycanı seçməyiniz maliyyə ilə bağlıdı, yoxsa başqa səbəblər var?


- Yox, sadəcə olaraq Vətəndən kənarda darıxıram.

- Yaradıçılıq nə yerdədi, yeni mahnılar, kliplər varmı? Tətildən sonra hansə yeniliklərlə dönməyi düşünürsünüz?


- Əlbətdə ki, planlar çoxdu. İnşallah sentyabrda Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm bir solo konsertim olacaq.

- Niyə məhz Filarmoniyada, böyük salonları seçməmənizin səbəbi nədi?



- Mən neçə illərdi Filarmoniyanın solistiyəm. Həm də mənim keçirəcəyim konsertdə professional mahnılar səslənəcək. Korifey bəstəkarlarımızın əsərlərindən ibarət konserti Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.

- Nurlan, son zamanlar şou dünyasında qalmaqallar səngimir. Bu tip olayları necə xarakterizə edərdiniz?



- Vallah, mən özümü şou-biznesə aid etmirəm. Çünki bizdə şou-biznes sıfır dərəcəsindədir. Ona görə də maraqlanmıram belə şeylərlə.

- Sizin repertuarınıza diqqət yetirəndə daha çox adlı-sanlı bəstəkarların əsərlərinə rast gəlirik. Eyni zamanda xalqımızın sevgisini qazanan sənətkarları sizinlə bağlı daim müsbət fikirlər səsləndirirlər. Amma baxırsan ki, bəzi “xalqın sevdiyi” sənətkarlar belə efir vasitəsi ilə bir-birlərinə qarşı müxtəlif fikirlər səsləndirirlər. Bu haqda deyəcəyiniz bir şey varmı?



- Mən qalmaqaldan hər zaman uzaq olmuşam və belə şeylərə də çox pis baxıram. Bir-birlərinin ətini didməkdənsə əsl sənət nümayiş etdirsinlər.

- İlhamə xanımla Nazpəri xanımın qalmaqalına münasibətiniz necədi?



- Mənim bu xanımların hər ikisinə böyük hörmətim var. Bu haqda danışmasam daha yaxşı olar. Məni qatmayın belə şeylərə. Çox xahiş edirəm. Onlar xanımdılar, mənsə kişi.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az